09:32
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hökumətinin rəhbəri Əhməd əl-Şəra ABŞ Prezidenti Donald Trampa təbrik mesajı göndərib.

Teleqraf.com xəbər verir ki, Şəra ABŞ prezidentinin Yaxın Şərqə sülh gətirəcəyinə inandığını vurğulayıb.

İki ölkə arasındakı əlaqələrin dialoq və anlaşma əsasında inkişafını gözlədiklərini bildirən Suriya lideri deyib:

“Əminik ki, bu administrasiya ilə birlikdə ABŞ və Suriya hər iki xalqın gözləntilərinə cavab verən tərəfdaşlıq qurmaq imkanı əldə edəcək.

Prezidentlik dönəminin uğurlu keçməsi və Amerika xalqının davamlı gücü və firavanlığı üçün ən səmimi arzularımızı bildiririk”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər