12:51
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada danışıqlar zamanı Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrov ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Hazırda müzakirələr aparılır. Bu gün xarici işlər nazirləri Rusiyada görüşəcək və bütün regional məsələlər müzakirə olunacaq. Elə bir məsələ yoxdur ki, müzakirə etməyək, çünki Minsk Qrupunun həmsədrlərindən biri də Rusiyadır”, - spiker qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin ofisi Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət məsələsini nəzərdən keçirdiklərini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər