01:36
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kiyev hakimiyyətinin yanvar ayından Rusiya qazının tranzitini dayandırmaq qərarı qətiyyən qəbuledilməzdir".

Teleqraf.com xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, təkcə Kiyevin qaz tranzitini dayandırması deyil, həm də qazın nəqlinin bərpası ilə bağlı Slovakiya hakimiyyəti ilə danışıqlardan imtina etməsi qəbuledilməzdir.

"Ukrayna israr etsə, Slovakiya bu məsələ ilə bağlı qərar verəcək" - Orban deyib.

Orban baş nazir Robert Fikonun son dərəcə mürəkkəb olan qaz tranziti probleminin danışıqlar yolu ilə həlli üçün səylərini dəstəkləyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər