Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı “Grand Kartal” oteldə baş vermiş yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat yoxdur.
Bu barədə Teleqraf.com-un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır, zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı dəqiqləşdirilir.
Diplomatik nümayəndəlikdən o da deyilib ki, məsələ ilə bağlı hər hansı müraciət almayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, bu barədə quruma hələki məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı “Grand Kartal” otelində yanğın olub.Ölkənin daxili işlər naziri Ali Yerlikaya yanğın zamanı 66 nəfərin həyatını itirdiyini, 51 nəfərin də yaralandığını bildirib.
Hadisə baş verərkən oteldə 238 nəfərin qeydiyyatda olduğunu qeyd olunub.