ABŞ prezidenti Donald Tramp Co Baydenin elektriklə işləyən avtomobillərlə bağlı fərmanını ləğv etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşr qeyd edib ki, söhbət 2021-ci ildə imzalanan fərmandan gedir. Sənədə əsasən, 2030-cu ilə qədər ABŞ bazarında satılan bütün avtomobillərin yarısı elektriklə işləməlidir. Fərman heç bir hüquqi qüvvəyə malik deyildi.
Tramp bu fərmanın vətəndaşları elektrikli avtomobillərin alınmasına məcbur etdiyini söyləyib. ABŞ prezidenti həmçinin xərclənməmiş dövlət vəsaitlərinin enerji doldurma məntəqələrinə paylanmasını dayandırmaq qərarına gəlib.
Bundan əlavə, Amerika lideri elektromobil alıcıları üçün vergi güzəştlərini də ləğv etmək istəyir.