21 Yanvar 22:47
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqı geosiyasi təhlükəsizlik arxitekturasının dağılması və lider çatışmazlığı problemlərini yaşayır. Buna görə də Avropa ölkələri Rusiya Federasiyası ilə hərbi baxımdan çətin rəqabət apara bilər".

Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.

“Geosiyasi təhlükəsizlik arxitekturası dağılır. Çoxdan formalaşmış iqtisadi modellər çatlayır. Əgər biz Avropanı sağaltmaq üçün effektiv üsullar əldə etmək istəyiriksə, sadəcə problemləri qeyd etmək kifayət deyil”, - Bolqarıstan lideri bildirib.

O qeyd edib ki, Rusiya 4 dəfə çox mərmi və hərbi texnika istehsal edir, Aİ-nin himayə etdiyi Kiyev uduzur .

Radev Donald Trampın ABŞ -da hakimiyyətə gəlməsinin Avropanın bərpası üçün katalizator rolu oynayacağına ümidini ifadə edib.


Müəllif: Arzu

Oxşar xəbərlər