12:08
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda meymunçiçəyi virusuna yoluxan şəxsin son durumu açıqlanıb.

Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, meymunçiçəyinə yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.

"Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır", - qurumdan qeyd olunub.

Xatırladaq ki, bu il yanvarın əvvəlində 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfər edib. Oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Laboratoriyada PZR üsulu ilə aparılan müayinənin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər