Donald Tramp ABŞ prezidenti kimi ilk səfərini təbii fəlakətdən zərər çəkmiş Şimali Karolina və Kaliforniya ştatlarına etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Post" öz mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, yanvarın 24-də Tramp prezident kimi ilk səfəri çərçivəsində Şimali Karolina və Kaliforniyaya səfər etməyi planlaşdırır.
Tramp daha əvvəl Los-Anceles ərazisini viran qoyan meşə yanğınlarının vurduğu ziyanı qiymətləndirmək üçün Kaliforniyaya gedəcəyinə eyham vurub.