"ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı fərmanı Meksika körfəzində yalnız şelf hissəsinə təsir edəcək. Dünya o əraziləri Meksika aid hesab edir".
Teleqraf.com xəbər verir ki, bu barədə Meksikanın prezidenti Klaudiya Şeynbaum bildirib.
“Fərmanda deyilir ki, onun kontinental şelfində Amerika Körfəzi adlanacaq. Onlar ABŞ-ın kontinental şelfinə uyğun gələni Amerika Körfəzi adlandırırlar. Bu, dünyanın qalan hissəsi üçün olduğu kimi, bizim üçün də hələ də Meksika körfəzidir” - prezident deyib.
Xatırladaq ki, bir gün əvvəl Tramp Meksika körfəzinin adının Amerika körfəzi adlandırılması haqqında fərman imzalayıb.