21 Yanvar 16:10
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya sərhədçilərinin İranla sərhəd bölgəsini tərk etməsində qalmaqala səbəb axtarmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, Ermənistanın tələbi ilə Rusiya sərhədçiləri ölkənin müstəqilliyinin ilk günündən İranla sərhədin təhlükəsizliyinin təmin edilməsi prosesinə müvəqqəti cəlb olunub.

“Bir müddətdən sonra sərhəddə uzun müddət xidmət etdiklərinə görə Rusiya tərəfinə və müvafiq xidmətlərə təşəkkür etdik və onlara bildirdik ki, bundan sonra sərhədin bu hissəsini öz qüvvələrimizlə qoruya bilərik. Burada da siyasi qalmaqal üçün mənbə yoxdur”, - Mirzoyan vurğulayıb.

Həmçinin Moskva ilə Tehran arasında bu yaxınlarda imzalanmış sənədin Ermənistan-İran sərhədindəki vəziyyəti sakitləşdirib-sakitləşdirməyəcəyi ilə bağlı suala Mirzoyan təəccübünü ifadə edib:

“Təəccübümü gizlədə bilmirəm, düzü, sərhəd həmişə çox sakit və sərbəst olub, heç bir problem olmayıb. Buna görə də onun necə sakitləşə biləcəyini başa düşə bilmirəm. Sakit qalacaq - ən doğru ifadə budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər