01:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasında "Brayton"a məğlubiyyətdən (1:3) sonra komandanın paltardəyişmə otağında televizoru sındırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, mütəxəssis soyunub-geyinmə otağında əsəbləşərək televizoru sındıraraq futbolçuları tənqid edib.

“Yunayted” yanvarın 19-da “Brayton”a uduzub. Premyer Liqanın turnir cədvəlində "Mançester Yunayted" 26 xalla 13-cü yerdədir. Çempionata 50 xalla "Liverpul" başçılıq edir. Forest və Arsenal hərəyə 44 xalla ikinci yeri bölüşürlər.


Müəllif: Arzu

Oxşar xəbərlər