01:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsrail Rusiya istehsalı olan silahları Ukraynaya keçirtmək istəyir".

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Diplomatik nümayəndəliyin fikrincə, Təl-Əvivin belə bir təşəbbüsü ümumi təhdidlərin tanınması istiqamətində mühüm addımdır.

"Biz inanırıq ki, İsrail Rusiya istehsalı olan silahların təhvil verilməsi ilə bağlı yekun qərarı Ukraynanın xeyrinə verəcək" - səfirlik bildirib.

Xatırladaq ki, yanvarın 21-də Ukrayna səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şaren Haskel ilə görüşüb. Görüş zamanı səfir həmsöhbətinə İsrail ordusu tərəfindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya təhvil verilməsi təklifinə görə təşəkkür edib.


Müəllif: Arzu

Oxşar xəbərlər