"ABŞ-ın BMT-yə borcunun ümumi məbləği 2,8 milyard dollara çatıb".
Teleqraf.com xəbər verir ki, bunu brifinq zamanı BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
“ABŞ-nin BMT büdcəsinə borcu 1,5 milyard dollardır, əgər adi büdcə, sülhməramlı missiyalar və tribunallar üçün nəzərdə tutulan büdcəni nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, - Haq deyib.