21 Yanvar 22:12
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan prezidenti Sadır Japarov vətəndaşların üzünü örtən geyimlə ictimai yerlərdə görünməsini qadağan edən qanun imzalayıb.

Teleqraf.com xəbər verir ki, müvafiq məlumat respublika Prezidentinin rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inanc və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət dini ədəbiyyatın ictimai yerlərdə, təhsil müəssisələrində və qapı-qapı gəzintiləri zamanı yayılmasını da məhdudlaşdırır.

Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulmasına görə 20 min som (təxminən 389 manat) cərimə nəzərdə tutulur.


Müəllif: Arzu

Oxşar xəbərlər