10:37
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin müharibəyə son qoymaq üçün sövdələşmədən imtina edərək, Rusiyanı məhv edir, amma onun ukraynalı həmkarı Volodimir Zelenski sülh müqaviləsi bağlamaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“(Zelenski) Mənə müqavilə bağlamaq istədiyini söyləyib, yəni o, sövdələşməyə getmək istəyir. Zelenski razılaşmaq istəyir. Bilmirəm, Putin bunu istəyir, ya yox. Bilmirəm, amma o, müqavilə bağlamalıdır. Hesab edirəm ki, o, sövdələşməyə getməməklə Rusiyanı məhv edir”, - ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, Putinin anlaşmadan yayınması Rusiyada böyük problemlər yaradacaq, çünki rusların əksəriyyəti müharibənin bir həftədən sonra bitəcəyinə inanırdı:

“Düşünürəm ki, bu müharibəni bitirsə, onun üçün də çox yaxşı olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər