Əvvəllər Co Baydenin yaşına görə tənqid edən, onun çaşqınlığı ilə bağlı zarafat etmək fürsətini heç vaxt qaçırmayan Donald Tramp ABŞ-nin ən yaşlı lideri olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "RBC" telekanalı məlumat yayıb.
Andiçmə mərasimi zamanı o, 2021-ci ildə vəzifəyə gələn Baydenin yaşından təxminən altı ay böyük olub. Tramp yaşını əngəl hesab etmir, koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edir.
RBC-nin məlumatına görə, Amerika prezidentlərinin orta yaşı 56-dır. "Pew" Araşdırma Mərkəzinin sorğusu müəyyən edib ki, amerikalıların 49%-i prezident üçün optimal yaş həddi 50, respondentlərin yalnız 3%-i dövlət başçısı üçün uyğun yaş həddi 70 və daha yuxarı olduğuna inanır.