Bu barədə Teleqraf.com-a Həmid Herisçi özü bildirib. Onun sözlərinə görə, kitabın təqdimetmə mərasimini mayda baş tutacaq.
“Aprelin 30-u doğum günümdür. Təqdimat mərasimini doğum günümdən sonra - mayın ilk ongünlüyündə müvafiq bir yerdə keçirəcəm”, - Herisçi deyib.
Onun sözlərinə görə, “Hekayələr” kitabının çapı Azərbaycan ədəbiyyatında ciddi hadisədir:
“Doğrudur, məni qəbul etməyən qaragüruhçular bu kitab olmamış kimi davranacaqlar. Bu gün Azərbaycan ədəbi gəncliyi ilə ədəbi qocalığı mənə qarşı birləşib. Çünki ikisinin də maraqlarına toxunuram, ədəbiyyatda oyunun şərtlərini pozuram”.
Nərmin