Bu barədə Teleqraf.com-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.
Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər. Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Beş şəkildən ibarət əsəri Kamal Abdulla “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib.
Nərmin