8 Noyabr 2017 21:54
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Mahir Mehdinin həbsxana şeirlərindən daha biri – “19-cu KAMERA”.

Telqraf.com təqdim edir:

19-cu KAMERA

Şeir-şeir qandallandım,
tutuldum kəlmə-kəlmə.
Bu qibləsiz kamerada,
bir də yuxuma gəlmə.

Kimsə girib baxır xəlvət,
gördüyüm yuxulara.
Acılır gizli şifrələr,
sıradan çıxır sıra.

Düyün vurduqca açılır,
yox davamı bu günün.
Dönürəm özüme sarı,
arxada qalır önüm.

Şərqin də öz Qərb tərəfi,
Batıda da Doğu var.
Bir addımlıq yaşantımın
min gedişlik qatı var.

Əqrəblər sayır yerində,
burda dünənəm hələ.
Cəmləşir onu bir cana,
hər adam mənəm elə.

Bir usta biçir hamını,
tikir eyni dəridən.
Burda qapılar çöldən yox,
döyülür içəridən.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər