İtaliya polisi poçt şöbəsini qarət edib və bu barədə hekayə yazan şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, qarətçi 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.
Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.
Adı açıqlanmayan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.