10 Avqust 2022 12:09
3 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

***

Avqust, yorğun işıqlar,

gecə, bürkülü hava...

o kədərli ağaclar

bilirlər nə yox, nə var...

...ay burnunun ucunda,

ulduzlar bir az uzaq,

hiss edirsən, bu fəsil

çox, lap cox uzanacaq.

...neyləsə, məsləhətdi,

bu dünyanın yiyəsi...

cəmi ikicə sözdü:

“gedənlər gəlməyəsi...”

...çırparsan üst-başından

hələ də isti külü:

“ bircə mən qayıtmışam,

yorğun, dilsiz, mürgülü...”

10.08.2022


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər