Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən Paşinyanın həyatına qəsd etmək və Ermənistanda hakimiyyəti qəsb etmək məqsədi ilə qanunsuz olaraq silah, sursat, partlayıcı maddə əldə etmə və saxlama hallarını aşkarladığını açıqlayıb.
Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib.