Son sutka ərzində savaş zamanı Ermənistana qaçan 770-dən çox erməni Xankəndinə geri qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərəkətin təhlükəsizliyi rus sülhməramlıları tərəfindən təmin edilib.
“Rus sülhməramlıları avtobuslarla Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan qaçqınları müşayiət ediblər. 778 nəfər avtobuslarla İrəvandan Xankəndinə çatdırılıb. Avtobusların hərəkəti Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrulları ilə müşayiət olunub”, - açıqlamada qeyd edilib.
Artıq 34.5 mindən çox erməni rusların müşayiəti ilə Qarabağa qaytarılıb.