Ermənistanın məşhur müğənnisi Şuşan Petrosyan saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib.
O, müğənninin polis tərəfindən saxlanıldığını və bunun qanunsuz olduğunu bildirib.
Petrosyanın İrəvanda hakimiyyət əleyhinə başlayan siyasi aksiyalarla əlaqədar saxlanıldığı ehtimal olunur.