İrəvan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkillərinin vəsatətini rədd edib.
Teleqraf.com xəbər verir ki, hərbi cani Köçəryanın məhkəmə prosesi bu gün keçirilib.
Qərarı hakim Anna Danibekyan qəbul edib.
Robert Köçəryanın vəkilləri bütövlükdə dövlət ittihamçılarının prosesdən kənarlaşdırılmasını tələb edirlər. Onlar buna səbəb kimi prokurorluq orqanlarının işə subyektiv münasibəti və Baş nazir Nikol Paşinyanın göstərişlərinə əməl etmələrini göstərirlər.
Qeyd edək ki, Köçəryanın növbəti məhkəmə prosesi fevralın 2-də keçiriləcək.
Cavad