Dağlıq Qarabağdakı separatçı rejimin sözdə “müdafiə naziri” olmuş və Azərbaycan Ordusunun hava zərbəsi nəticəsində ağır yaralanmış general Cəlal Arutyunyan daha Xankəndinə qayıtmayacaq və hərbi xidmətini Ermənistanda davam etdirəcək.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.
Məlumat üçün xatırladaq ki, o, Vətən müharibəsi zamanı (oktyabrın 27-də) Azərbaycan Ordusunun dəqiq hava zərbəsi nəticəsində ağır yaralanmış, təcili İrəvana aparılmış və uzun müddət komada qalmışdı.