“Naxçıvanla Azərbaycanın qərb bölgələri arasındakı nəqliyyat xətlərinin mühafizəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanlarına həvalə edilib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın “Novosi” agentliyinə müsahibəsində bildirib.
Arutyunyan Ermənistan ordusunun Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin qorunmasında iştirak eddib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: "Deyə bilərəm ki, Ermənistan bu məsələdə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hərəkətə edəcək.
Ordunun nəqliyyat xətlərinin qorunmasına cəlb edilməsi hazırda müzakirə mövzusu deyil. Nəqliyyat kommunikasiyalarına nəzarət, üçtərəfli bəyanata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin orqanlarına həvalə edilib”.