1 May 2021 12:23
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Ermənistanın paytaxtı İrəvan şəhərində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 00:20-də polisə üç nəfərin Erebuni tibb mərkəzinə güllə yarası, bir nəfərin də bıçaq xəsarəti ilə gətirildiyi barədə məlumat daxil olub. Qurbanlar Toxmax məhəlləsində yerləşən qəbiristanlığın yaxınlığındakı ərazidən aparılıb.

Bildirilib ki, qurbanlar arasında Şenqavit və Malatya inzibati ərazilərinin bələdiyyə sədrləri də var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində pulemyot, tapança, işlənmiş patronlar və qan izləri aşkar ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər