Ermənistan hakimiyyəti minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəcək.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Konstitusiya Məhkəməsinin sabiq aparat rəhbəri Edqar Qəzaryan bildirib.
O qeyd edib ki, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakıda keçirdikləri görüşdən və sonrakı mətbuat konfransından aydın olur ki, yaxın gələcəkdə Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verəcək.