25 May 2021 13:50
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti yüksək rütbəli hərbi personala yeni vəzifələr təklif edərək rüşvət verməyə və bununla da narazılıqlarını yumşaltmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Edvard Asryanın baş qərargah rəisinin müavini təyin edilməsinə baxılmalıdır:

“Bundan əvvəl prezident Asryanın Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi və baş qərargah rəisinin müavini təyin edilməsi barədə fərman imzalayıb. General-mayor Asryan fevral ayında Baş Qərargahın Nikol Paşinyanın istefası tələbi ilə bəyanatı imzalayanlardan biri idi. Sonra bu bəyanat baş qərargah rəisi Onik Qasparyanın istefası ilə nəticələndi”.

Nəşr qeyd edib ki, parlament seçkiləri ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyi yüksək rütbəli 44 hərbi şəxsi dəvət edib, onlara sadiq olduqları üçün yeni vəzifələr təklif edib: “Bu hərbçilərdən biri Asryan idi. Baxmayaraq ki, çoxu onun yüksək vəzitəyə təyin edilməsi ilə razılaşmayıb, amma artıq bu baş verib”.

Qəzet Müdafiə Nazirliyinə 44 nəfərin çağırılmasının simvolik olduğunu bildirib: “Bu rəqəm Qarabağdakı müharibənin 44 gününə uyğun gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər