30 May 2021 00:28
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı təkliflərini özü üçün məqbul hesab edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib.

"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın təklifləri Ermənistan üçün məqbuldur. Ermənistan tərəfi mayın 19-u mövqeyini rusiyalı həmkarlarına yazılı şəkildə təqdim edib", - M.Qriqoryan qeyd edib.

Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiyanın yaradılmasını təklif etdiyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər