31 İyul 2021 17:16
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hökumətyönlü deputatlara Ermənistan-Rusiya münasibətlərinin daxili mətbəxinə toxunmaqdan və Rusiyaya qarşı bəyanatlardan çəkinmək tapşırılıb, çünki bu, dövlətə və erməni xalqına baha başa gələ bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Qəzet qeyd edib ki, müvafiq tapşırıq Ermənistan Baş naziri Nikol Paşinyandan gəlib.

Nəşr Paşinyanın KTMT ilə bağlı hökumətin son iclasında səsləndirdiyi fikirlərin Rusiyanı qəzəbləndirdiyini bildirib. Mənbə məlum iclasdan sonra Rusiyanın nümayiş etdirdiyi sükutun Ermənistana baha başa gələcə biləcəyini qeyd edib.

“Hraparak” baş nazirin sözügedən iclasda səsləndirdiyi fikrinə də yer verib:

“Paşinyanın Rusiyanı qəzəbləndirən açıqlaması belə idi: “Əgər KTMT çərçivəsində monitorinq qrupunun Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi mümkünsüzdürsə, ATƏT-in Minsk qrupunun həmsədrliyi də daxil olmaqla digər beynəlxalq səviyyədə tanınmış formatlar bizim üçün məqbul ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu