Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu gün Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, general-mayor Mixail Kosobokovu və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı, polkovnik Dmitri Ovçarovu qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Arşak Karapetyan Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini və effektivliyini yüksək qiymətləndirib.
A.Karapetyan Ermənistanda yerləşən Rusiya hərbi hissəsinin rolunu və əhəmiyyətini də qeyd edib.