Biz regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işinin ilk praktik nəticələrini qeydə almağa çox yaxınıq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.
N.Paşinyan qeyd edib ki, fevralın 2-də İrəvana səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov Ermınistan baş nazirinin müavini Mqer Qriqoryanla görüşüblər.
“Səfər tamamilə praktik xarakter daşıyıb və Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin tikintisinə həsr olunub. Biz artıq bu mövzuda razılıq əldə etmişik. Dəmir yolu Ermənistan ərazisində Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində, Azərbaycan ərazisində isə bu ölkənin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir”, - deyə N.Paşinyan bildirib.
Ermənistan Baş naziri həmçinin qeyd edib ki, artıq dəmir yolunun formuləsi, layihələndirilməsi, tikintisinə başlanılması və texniki tapşırığının maliyyələşdirilməsi məsələləri müzakirə olunur.
“Hadisələri təxmin etməyə ehtiyac yoxdur, lakin bu dinamika ilə davam edəcəyi təqdirdə, biz yaxın gələcəkdə bu imkanın reallaşacağına əminliklə deyə bilərik. Dəmir yolu çəkilməyənə və ilk qatar keçməyənə qədər biz nəzərə almalıyıq ki, situasiya normal deyil, lakin ifadə etdiyimiz siyasi iradə konkret təzahürlər əldə edir”, - Nikol Paşinyan bildirib.