3 May 2022 12:02
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan polisi onlarla müxalifət nümayəndəsini ictimai asayişi pozduqlarına görə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistan hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

“Bu gün saat 10:00-a olan vəziyyətə görə, 70 nəfər İrəvanın polis şöbələrinə aparılıb”, - deyə agentliyin müsahibi qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl keçirilən aksiyalar zamanı rəsmi məlumatlara görə, 244 nəfər saxlanılıb.

Mayın 3-də səhər müxalifət tərəfdarları baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarını bərpa ediblər. Bir qrup fəal İrəvanın küçələrini bağlamağa çalışıb.

Etirazçılar şəhərin mərkəzində, eləcə də paytaxtın kənarında bir neçə küçə və prospekti bağlayıblar. Nəticədə bütün İrəvanda tıxac yaranıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər