19 May 2023 19:26
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Qırğızıstanın da şirkətləri həmin "qara siyahı"ya düşüb.

Yeni sanksiyalar paketinə əsasən bir sıra telefon, səs yazıcı, mikrofon və məişət texnikasının Rusiya Federasiyasına idxalına qadağa qoyulub.

Həmçinin, Ermənistanın kimya məhsullarının ixracı ilə məşğul olan “Medisar” şirkətlərinə də sanksiya tətbiq edilib.


Müəllif: Teleqraf.com