Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin müdafiə naziri Suren Papikyanın da iştirak etdiyi növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi barədə danışan Papikyan qadınlar üçün könüllü-məcburi hərbi xidmət sisteminin tətbiqinin nəzərdə tutulduğunu açıqlayıb.
“Qadın vətəndaşların özlərini kişilərlə bərabər hiss etmələri vacibdir, o cümlədən vətəni müdafiə edərkən”, - nazir bildirib.
Ermənistanda 18-27 yaşlı qadınlar oktyabrın 1-dən hərbi xidmətə çağırıla bilərlər. Xidmət 6 ay müddətinə nəzərdə tutulur.