Ermənistan hökuməti Axuryan hövzəsində “yeraltı suların səviyyəsinin azalmasının nəticələrinin yumşaldılması” barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, layihə Axuryanda “yeraltı suların səviyyəsinin azalmasının qarşısını almaq üçün” Araz çayından Metsamor çayı hövzəsinə su axıdılmasını təklif edir.
Qərarın “əsaslandırılmasında” bildirilir ki, su çatışmazlığı və iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri bölgədə su ehtiyatının tükənməsinə səbəb ola bilər.
Layihə Araz çayından suyun hər il noyabrın 1-dən növbəti ilin martın 31-dək olan müddətdə Ermənistanın payına düşən su həcmindən artıq olmamaqla, illik əsasda müəyyən edilmiş tam həcmdə götürülməsini təklif edir.