3 İyul 16:57
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyanın müttəfiqidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Hesab edirik ki, Ermənistan bizim müttəfiqimizdir. Bizim çox mühüm iqtisadi əlaqələrimiz var. Ermənistanla ticarət dövriyyəsi 7.3 milyard dollardır. Üstəlik, statistikaya nəzər salsaq, yanvar-aprel aylarında ötən illə müqayisədə mal dövriyyəsi iki dəfə artıb. Sürət çox yaxşıdır və iqtisadiyyat çox yaxşı inkişaf edir”, - baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyində çox fəaldır.

“Bu il Ermənistan Avrasiya İqtisadi Birliyinə sədrlik edir və Ermənistanın töhfəsi çox konstruktivdir”, - Overçuk vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu