8 İyul 21:57
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist “Vətən naminə Tavuş” Hərəkatının kütləvi və daha radikal mərhələsi payızda, sentyabrın ortalarında başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

“İndi müxalifət hərəkatı yeni strukturların yaradılması istiqamətində intensiv iş aparır”, - Akopyan bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə çoxları hərəkatın ildırımsürətli rejimində fəaliyyət göstərəcəyinə ümid etsə də, liderləri müxalifətin hakimiyyətə qarşı mübarizə üsullarını radikallaşdırmağa çağırsa da, bu baş verməyib: “Hərəkat hazırda yenidən formalaşma, institutlaşma, daha aydın siyasi gündəmin müəyyənləşdirilməsi, kadrların yenilənməsi mərhələsindədir”.

Akopyanın fikrincə, hazırda yeni mərhələyə hazırlıq gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər