10 İyun 2016 18:59
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz və 90 illik yubileyiniz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur.

Ülyahəzrət,

Əlamətdar yubileyinizin qeyd olunduğu belə bir xoş məqamda şəxsinizə və ailənizə olan dərin hörmət və ehtiramımı xüsusi vurğulamaq istərdim. Ölkənizə rəsmi səfərim zamanı Sizinlə görüşümüzü Mehriban xanımla birlikdə həmişə ən xoş təəssüratlarla xatırlayırıq.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".


Müəllif:

Oxşar xəbərlər