İyunun 10-dan 22-dək Bakıda "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərilib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.
Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.
“Formula 1” yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olmuşdur. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlib.
Yarış müddətində Silk Way West Airlines, Cargolux və Nippon Cargo Airlines yük aviaşirkətləri bolid və digər “Formula 1” avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirilib. Yükdaşımalarının dövriyyəsi 1.6 milyon kiloqramdan artıq təşkil ediblər.
İlhamə ƏBÜLFƏT