Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 22 iyul Mətbuat Günü ilə bağlı jurnalistləri təbrik edib.
Teleqraf.com həmin təbriki təqdim edir:
“Dəyərli mətbuat nümayəndələri, hər birinizi milli mətbuatımızın yaranmasının 141 illiyi münasibəti ilə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu, çətin və şərəfli yol keçən milli mətbuatımız müstəqil ölkəmizdə dövlətin diqqət və qayğısı ilə əhatə olunmaqdadır. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinə mütəmadi maliyyə yardımının ayrılması, eləcə də, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi dediklərimin bariz nümunəsidir.
Azərbaycanımızın tərəqqisində və cəmiyyətimizin maariflənməsində, eləcə də, ölkə həqiqətlərinin ictimaiyyətə düzgün və dolğun çatdırılmasında mətbuatımızın xidmətləri danılmazdır.
Xalqımızın milli-mənəvi, multikultural və tolerant dəyərlərini ölkədə və dünyada təbliğ etdiyiniz və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən işləri yüksək səviyyədə işıqlandırdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm!
Bayramınız mübarək!”
Bəkir