30 İyul 2016 10:21
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim istehsal etdiyimiz və istehlak bazarına təqdim etdiyimiz çörək və çörək məhsullarının qiymətlərində heç bir dəyişiklik edilməyib. İndi də məhsullarımızın satışını köhnə qiymətlər əsasında reallaşdırırıq".

Bunu Bakının Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” MMC-yə məxsus Azərbaycanın aparıcı çörək istehsalçılarından olan 1№-li Çörək Zavodunun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, adətən qiymətlərin bahalaşması planlaşdırılarkən bu barədə 10 gün öncədən zavodun bütün tərəfdaşları (pərakəndə satış məntəqələrinə) xəbərdar edilir: "Ümumiyyətlə, qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 ay ərzində məlum olacaq. Çünki bu gün Azərbaycanda bir çox mal və xidmətlərin qiyməti yüksəlib. Odur ki, bəzi şirkətlər bu səbəbdən məhsullarının qiymətini yüksəldib. Lakin 1№-li Çörək Zavodunun qiymət siyasətində hələlik dəyişiklik olmayıb". (“Report”)


Müəllif:

Oxşar xəbərlər