1 İyul 2014 11:16
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol FİFA kolumbiyalı müğənni Şakiraya Braziliyada keçirilən futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak etməyi təklif edib.

Teleqraf.com bildirir ki, çempionatın açılış mərasimində müğənni Cennifer Lopez və Pitbullun ifa etdiyi “We Are One” mahnısı elə də uğur qazanmayıb. Şakiranın ifa etdiyi Dare (La La La) mahnısı isə futbol azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb. Ona görə də FİFA qərara alıb ki, çempionatın bağlanış mərasimində Şakira klipində bir çox ulduz futbolçuların çəkildiyi “Dare” mahnısını ifa etsin.

Qeyd edək ki, “Dare” mahnısının klipində Şakiranın sevgilisi İspaniya millisinin və “Barselona”nın oyunçusu Jerar Pike də çəkilib.


Müəllif:

Oxşar xəbərlər