Azərbaycan və İtaliyanın xarici işlər nazirləri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda italiyalı həmkarı Paolo Centiloni ilə danışıqların yekunu üzrə brifinqdə deyib.
E.Məmmədyaov bildirib ki, İtaliya ATƏT-ə 2018-ci ildə sədrlik edəcək: "Mən xarici işlər nazirini münaqişənin həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumatlandırdım. Biz ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etdik. Gündəlikdə enerji sahəsində əməkdaşlıq, "Made in Azerbaijan" brendinin İtaliyada təşviqi, parlamentlərarası əməkdaşlıq və digər məsələlər dururdu".
Öz növbəsində, İtaliyanın XİN rəhbəri qeyd edib ki, onun ölkəsi 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə
münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üzrə səy göstərməyə hazırdır.
P.Centiloni bildirib ki, İtaliya ATƏT məkanında demokratik proseslərin inkişafına xüsusi diqqət ayırmaq niyyətindədir.