19 Noyabr 2016 18:41
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən “Azərbaycanın İntellektual Birincisi” layihəsinə start verilir.

Teleqraf.com-un məlumatına görə, layihənin əsas hədəfləri gənclərin maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkil olunması, intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasıdır.

4 intellektual oyun (Xəmsə, Nə? Harada? Nə zaman?, Kod Da Vinçi, Vətəni Tanı) üzrə baş tutacaq “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 10 region, 75 rayon, 1336 iştirakçının olması gözlənilir və hər rayon 17 nəfərlik komanda ilə çıxış edir.

Layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Noyabr-dekabr aylarında planlaşdırılan birinci mərhələdə 64 region və 11 Bakı rayonlarının iştirakı ilə, hər birinin öz inzibati-iqtisadi bölgüsünə müvafiq olaraq, Tərtər, Quba, İsmayıllı, Şəki, Biləsuvar, Lənkəran, Mingəçevir, Şəmkir, Naxçıvan və Bakı şəhərlərində yarışlar baş tutacaq.

İkinci mərhələdə, 2016-cı dekabr ayında, Bakı şəhərində iqtisadi rayonların qalib komandaları arasında final yarışı keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər