Antibakterial sabunlar düşündüyünüz qədər təsirli deyil. Heyvanlar üzərində aparılan bir araşdırma zamanı bu antibakterial sabunların tərkibində olan "triklosan" maddəsinin hormon nizamını pozduğu ortaya çıxıb. "Triklosan"a sadəcə bu sabunlarda deyil, evdə istifadə etdiyimiz digər yuyucu məhsullar və diş pastalarında da rastlanır.
Araşdırmalar zamanı paltaryuyan maşında alt paltarlarını yuduqda "koli babasili" adı verilən qalın bağırsaq bakteriyalarının suya qarışaraq digər geyimlərə də hopduğu müəyyənləşib. Geyimlərinizi yuyaraq kirini təmizləyə bilərsiniz, ancaq bakteriyalarını yox etmək tam olaraq mümkün deyil.
Bilmədən gün ərzində evinizin ən kirli bölgələrinə tez-tez toxunursunuz. Hamam və ayaq yolunun döşəməsində 2 milyona qədər bakteriya var. Mətbəx qabyuyanında 500 min bakteriyanın olduğunu bilirdinizmi?
Unitazın suyunu çəkdikdə içindəki bütün bakteriyalar havaya qarışır, nəticədə bakteriyalar unitazın yuxarı hissəsinə qoyduğunuz diş fırçalarına da hopur. Buna görə diş fırçalarınızı bağlı yerdə saxlayın.
Əllərinizi qurutmaq üçün qurutma cihazı deyil, kağızdan istifadə edin.
Taxma dişlər, protezlər də bakteriya yuvasıdır. Dədə-babalarımızın etdiyi kimi onları su dolu stəkanda saxlamaq tamamilə yanlış bir fikirdir. Diş tellərinin tez-tez təmizlənməsi lazımdır.
Yerə düşən qida, ya hansısa əşyanı anında yüzdə 99 bakteriya əhatəsinə alır. Nəm bir yerə düşən qidaya daha çox bakteriya hopur.
Göbək dəliyində 2 min 368 fərqli növdə bakteriya yerləşir. Buna görə çimərkən göbək dəliyinizi yaxşıca kisələdiyinizə əmin olun.
Sızanaqlar əleyhinə aldığınız təmizləyicilər dərinizin yağ nisbətini yox edər və bu da sızanaqların daha çox çıxmasına səbəb olar. Sızanaq əleyhinə spirtsiz məhsullardan istifadə edin.
Əgər saçınızı hər gün yusanız, yağ nizamı pozular və saçınız tez-tez yağlanar. Saç həftədə 2-3 dəfə yuyulmalıdır. Yox, əgər hər gün yumaq istəyirsinizsə, həssas şampundan istifadə edin və 1 dəfə yuyun.
Linzalarınızı saxlamaq üçün istifadə etdiyiniz məhlulu hər gün dəyişdirin və linzalarınızı qətiyyən axar suda yumayın.
Xalçalar, klaviatura, mətbəx qabyuyanı, qab süngəri, mobil telefonlar, pult, doğrama taxtası tualetinizdən də kirli əşyalardır.
/ailem.az/