4 İyul 2014 20:18
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş vilayətinin məhkəməsi keçmiş əsgər David Xaçaturyana 17 il həbs cəzası kəsib.



David Xaçaturyan 15 may 2013-cü ildə Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissələrin birində muzdlu əsgər Lüks Stepanyanı avtomat silahla qətlə yetirib. Stepanyan daima Xaçaturyanı təhqir edib alçaldırmış və buna görə də Xaçaturyanın silaha əl atmaqdan başqa çarəsi qalmayıb. Hadisə baş verən günü Stepanyan əli silahlı David Xaçaturyanı ağır söyüşlərlə təhqir edib, hətta iddia edib ki, onun güllə atmağa kişiliyi çatmaz. Nəticədə, Lüks Stepanyan yerində keçinib, onun yanında olan sıravi əsgər Hraçya Sarqsyan isə başından yara alıb.

Bu, erməni ordusunda son illərdə güclənən “dedovşina” meyllərinə qarşı əskər analarının kütləvi etirazına səbəb olmuşdu.

Lüks Stepanyanın Azərbaycandan köçmüş valideynləri oğullarının meyitini yaşadıqları Krasnoselk rayonu Çaykənd kəndinə deyil, İrəvana apararaq ədalət tələb etməsi hadisələri bir qədər də qızışdırdı və müdafiə naziri Seyran Ohanyan şəxsən işə qarışdı.

Məsələ bundadır ki, Ermənistan hakimiyyətini zəbt etmiş Azərbaycan erməniləri orduda da yerli əhaliyə qarşı tərbiyəsiz davranırlar və onları daima təhqir edirlər. Bunun nəticəsidir ki, yerli ermənilərin nümayəndəsi David Xaçaturyan silaha əl atmalı olub.

/ans press/


Müəllif:

Oxşar xəbərlər