Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Pyer Andryö ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələlərini və həmsədr ölkələr arasında fəaliyyətin gələcək əlaqələndirilməsini müzakirə edib.
Qeyd edək ki, P.Andryö bu postda missiyası yayın əvvəlində başa çatan Jak Foru əvəz edib.
/trend/